28 iyul 2026. Çərşənbə axşamı

DÇ-2022: Xorvatiya yığmasının yekun heyəti bəlli oldu


DÇ-2022: Xorvatiya yığmasının yekun heyəti bəlli oldu

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlayıb.

Corner.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis 26 futbolçuya dəvət göndərib.

Onların 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

Qapıçılar: Dominik Livakoviç ("Dinamo" Zaqreb), İvitsa İvuşiç ("Osiek"), İvo Qrbiç ("Atletiko" Madrid, İspaniya)

Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Deyan Lovren ("Zenit", Rusiya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Yosip Yuranoviç ("Seltik", Şotlandiya), Yoşko Qvardiol ("Leyptsiq", Almaniya), Borna Sosa ("Ştutqart", Almaniya), Yosip Stanişiç ("Bavariya", Almaniya), Martin Erliç ("Sassuolo", İtaliya), Yosip Şutalo ("Dinamo" Zaqreb)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç ("Torino", İtaliya), Lovro Mayer ("Renn", Fransa), Kristian Yakiç ("Ayntraxt", Almaniya), Luka Suçiç ("Zaltsburq", Avstriya)

Hücumçular: İvan Perişiç ("Tottenhem", İngiltərə), Andre Kramariç ("Hoffenhaym", Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi "Dinamo" Zaqreb), Ante Budimir ("Osasuna", İspaniya), Marko Livaya ("Hayduk")

Qeyd edək ki, Xorvatiya millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Belçika, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.







Dünya çempionatı

DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
  • Dünya çempionatı
  • 23:46 27.07.2026
DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
  • Dünya çempionatı
  • 23:20 27.07.2026
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
Maldini cəmi 10 gün sonra istefa verdi
  • Dünya çempionatı
  • 23:09 27.07.2026
Maldini cəmi 10 gün sonra istefa verdi