1 oktyabr 2026. Cümə axşamı

Fransa yığması DÇ-2022-yə bu heyətlə yollanır


Fransa yığması DÇ-2022-yə bu heyətlə yollanır

Futbol üzrə Fransa millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Corner.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Heyətdə bu il “Qızıl top”un qalibi olan, hazırda zədədən əziyyət çəkən Madrid “Real”ının hücumçusu Kərim Benzema da yer alıb.

25 nəfərdən ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi və 7 hücumçu yer alıb:

Qapıçılar: Alfons Areola (“Vest Hem”, İngiltərə), Uqo Loris (“Tottenhem”, İngiltərə), Stiv Mandanda (“Renn”);

Müdafiəçilər: Lukas Hernandes, Benjamin Pavar, Dayo Upamekano (hamısı "Bayern", Almaniya), Teo Hernandes (“Milan”, İtaliya), Presnel Kimpembe (PSJ), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Uilyam Saliba (Arsenal, İngiltərə), Rafael Varan (Mançester Yunayted, İngiltərə);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Orelyen Tçuameni (hər ikisi “Real”, İspaniya), Yussuf Fofana (“Monako”), Matteo Genduzi, Jordan Veretu (hər ikisi “Olimpik”, Marsel), Adrien Rabyo (“Yuventus”, İtaliya);

Hücumçular: Kinqsli Koman (“Bayern”, Almaniya), Usman Dembele (“Barselona”, İspaniya), Olivye Jiru (“Milan”, İtaliya), Antuan Qrizman (“Atletiko”, İspaniya), Kristofer Nkunku (“Leypsiq”, Almaniya), Kərim Benzema (“Real”, İspaniya), Kilian Mbappe (PSJ).







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər