29 iyun 2026. Bazar ertəsi

Blatter də İranı Qətərdə görmək istəmir


Blatter də İranı Qətərdə görmək istəmir
FİFA-nın keçmiş prezidenti Yozef Blatter İranın DÇ-2022-dən kənarlaşdırılmalı olduğunu açıqlayıb. Corner.az xəbər verir ki, 86 yaşlı keçmiş funksioner xarici mətbuata açıqlamasında məsələni belə şərh edib:
 
“İrana dünya çempionatında iştirak qadağan edilməlidir”.
 
Bildirək ki, sentyabr ayında İranda hicabı “səhv taxdığına” görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar baş verib.
 
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi qrupda İngiltərə, Uels və ABŞ-la mübarizə aparacaq. İranlılar ilk oyununu noyabrın 21-də ingilislərə qarşı keçirəcək.






Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi