5 fevral 2026. Cümə axşamı

Bu, çəkdiyim əziyyətlərin mükafatıdır


Bu, çəkdiyim əziyyətlərin mükafatıdır

"Ayntraxt”ın yarımmüdafiəçisi Mario Götze Almaniya millisinin DÇ-2022 üçün yekun heyətinə daxil olması ilə bağlı emosiyalarını bölüşüb.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu milli komandaya qayıdışını çəkdiyi əziyyətlərin mükafatı olduğunu adlandırıb:

“Yenidən dünya çempionatında milli komandanın bir hissəsi olduğum üçün çox şadam. Düşünürəm ki, bu, çəkdiyim əziyyətlərin mükafatıdır. Bu nailiyyəti həyat yoldaşım, ailəm, komanda yoldaşlarım və məşqçilərim olmadan əldə edə bilməzdim. Hər birinə dəstəyinə görə təşəkkür edirəm!”.

Bildirək ki, təcrübəli oyunçu sonuncu dəfə 2017-ci ildə Almaniya millisində çıxış edib.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Almaniya millisi qrupda İspaniya, Yaponiya və Kosta-Rika ilə mübarizə aparacaq.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı