29 iyun 2026. Bazar ertəsi

DÇ-2022: Cənubi Koreya millisinin yekun heyəti bəlli oldu


DÇ-2022: Cənubi Koreya millisinin yekun heyəti bəlli oldu

Futbol üzrə Cənubi Koreya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub. Corner.az Cənubi Koreya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Paulo Bentunun açıqladığı 26 nəfərlik siyahıda aşağıdakı oyunçular yer alıb:

Qapıçılar: Kim Sin Kyü ("Əl-Şəbab", Səudiyyə Ərəbistanı), Son Bum Qin ("Çonbuk"), Ço Hen U ("Ulsan");

Müdafiəçilər: Kim Min Je ("Napoli", İtaliya), Kim En Hvon, Kim Te Hvan (hər ikisi "Ulsan"), Kvon Ken Von ("Qamba Osaka"), Ço Yu Min ("Tedjon Hana Sitizen"), Kim Mun Hvan, Kim Çjin Su (hər ikisi "Çonbuk"), Yun Çon Kyu ("Seul"), Hon Çxol ("Tequ");

Yarımmüdafiəçilər: Çon U Yen ("Əl-Sadd", Qətər), Sonq Cun Ho ("Şandon Tayşan"), Payk Sin Ho, Son Min Kyü (hər ikisi "Çonbuk"), Hvan İn Bom ("Olimpiakos", Yunanıstan), Li Ce Son ("Maynts", Almaniya), Kvon Çan Hun ("Kimçhon Sanmu"), Çon U Yen ("Frayburq", Almaniya), Li Kan İn ("Malyorka", İspaniya), Son Xın Min ("Tottenhem", İngiltərə), Hvanq Hi Çan ("Vulverhempton", İngiltərə), Na San Ho ("Seul");

Hücumçular: Hvan Ui Çjo ("Olimpiakos", Yunanıstan), Ço Que Son ("Çonbuk").

Xatırladaq ki, Cənubi Koreya yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda Portuqaliya, Qana və Uruqvayla birlikdə H qrupunda mübarizə aparacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi