29 iyun 2026. Bazar ertəsi

Arteta'dan DÇ-2022-yə çağırılan futbolçusuna tərif


Arteta'dan DÇ-2022-yə çağırılan futbolçusuna tərif

"Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının müdafiəçisi Ben Uaytın DÇ-2022 üçün İngiltərə yığmasına çağırılmasını şərh edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı ispan mütəxəssis 25 yaşlı müdafiəçinin inkişaf etdiyini vurğulayıb:

“Düşünürəm ki, o, həqiqətən xoşbəxtdir. Oyunçular onun adına çox sevindilər. O, buna layiqdir. Bu, onun üçün gözlədiyi böyük bir andır. Onun karyerasına diqqət yetirsəniz nə qədər irəlilədiyinizi görərsiniz.

Hər bir oyunçunun fərqli mövqelərdə oynamasını müəyyən etmək üçün müəyyən vaxt lazımdır. Məncə, bu, onun da çox xoşuna gəlir. Universal oyunçu olmaq dünyada nadir rast gəlinən bir şeydir. Düşünürəm ki, o, bunu etmək qabiliyyətinə malikdir”.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi