29 iyun 2026. Bazar ertəsi

PSJ-nin futbolçusu DÇ-2022-də iştirak etməyəcək


PSJ-nin futbolçusu DÇ-2022-də iştirak etməyəcək

Fransa millisi Qətərdə keçiriləcək dünya çempionatından əvvəl itki ilə üzləşib.

Corner.az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, PSJ klubundan yığmaya cəlb olunan Presnel Kimpembe zədəsini tam sağaltmadığı üçün mundialda iştirak etməyəcək.

27 yaşlı oyunçunun yerinə komandaya "Monako"dan Aksel Disasi dəvət alıb.

Qeyd edək ki, Fransa yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda Danimarka, Avstraliya və Tunis ilə birlikdə D qrupunda mübarizə aparacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi