1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Qətər pul qarşılığında saxta azarkeşlər tutub? - FOTO


DÇ-2022: Qətər pul qarşılığında saxta azarkeşlər tutub? - FOTO

Futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər pul qarşılığında saxta azarkeşlər icarəyə götürdüyü iddiaları yayılıb.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Görüntülərdə üzərilərində Braziliya, İspaniya, Almaniya, Portuqaliya və Argentina formaları olan azarkeşlərin yürüş etdiyi əks olunub. İstifadəçilər şərhlərdə həmin şəxslərin sözügedən ölkələrin fanatlarına oxşamadıqlarını vurğulayıblar.

Bəzi ölkələr Qətərdəki mundialı boykot edir. İddiaya görə, ölkənin müvafiq qurumları boykotdan təsirlənmədiklərini göstərmək üçün belə bir addım atdığı bildirilib.

Qeyd edək ki, noyabrın 20-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.










Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər