24 noyabr 2024. Bazar günü

DÇ-2022: Ümidimizi onun istedadına bağlayırıq


DÇ-2022: Ümidimizi onun istedadına bağlayırıq

Braziliya yığmasının sabiq futbolçusu Kafu Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb. Corner.az xəbər verir ki, 52 yaşlı keçmiş futbolçu Braziliya və Argentinanın çempion olma şansının daha yüksək olduğunu bildirib.

“Dünya çempionatı Avropanın üstünlüyünü qırmaq üçün mükəmməl fürsətdir. Titul qazanmaq üçün düşünürəm ki, mükəmməl vaxtdır. Argentina və Braziliyanı favorit olaraq görürəm. Onların turnirdə qalib gəlmək üçün böyük potensialı var. Braziliya 20 ildir çempionluq qazana bilmir, ancaq komandamın bu il geri dönəcəyinə inanıram.

Neymar formada olduğu halda, bizim Dünya Kubokunu qazanmaq şansımız çox yüksəkdir, çünki o, meydanda həqiqətən vacib olan oyunçudur. Ümidimizi onun istedadına bağlayırıq, amma o, tək oynamır. Əminəm ki, digər oyunçuları da motivasiya edəcək.

Digər sevimlilər? Belçika, Danimarka, Portuqaliya və nə qədər inanılmaz səslənsə də Serbiya. Onlar öz qrupunda birinci olublar. Dünya çempionatına vəsiqə qazanmaqda çox yaxşı nəticə göstərdilər. Onların güclü komandası var və heç bir rəqibə qarşı futbol oynamaqdan çəkinmirlər. Fransa da son Dünya Kubokunda olduğu kimi çox güclü olacaq”.

Qeyd edək ki, Braziliya 2002-ci ildən bəri Dünya Kubokunu qazana bilməyib. Qətərdə keçiriləcək turnirdə braziliyalılar Serbiya, İsveçrə və Kamerun yığmaları ilə qarşılaşacaqlar.







Dünya çempionatı

Martinez Argentina millisində oynamayacaq
  • Dünya çempionatı
  • 22:07 12.11.2024
Martinez Argentina millisində oynamayacaq
37 yaşlı Vidal milliyə çağırılıb
  • Dünya çempionatı
  • 10:50 12.11.2024
37 yaşlı Vidal milliyə çağırılıb
Neymar bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 15:00 30.10.2024
Neymar bu oyunları buraxacaq
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"