5 dekabr 2025. Cümə

Qətərdəki mundialın ən gənc və ən yaşlıları - SİYAHI


Qətərdəki mundialın ən gənc və ən yaşlıları - SİYAHI

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının ən yaşlı və gənc baş məşqçilər bəlli olub.

Corner.az-ın məlumatına görə,ən yaşlı mütəxəssis Niderland yığmasının çalışdırıcısı Lui Van Qaldır.

Təcrübəli baş məşqçi 71 yaşında mundialda iştirak edəcək.Ən gənc baş məşqçi isə Argentina millisinin sükanı arxasında olan 44 yaşlı Lionel Skalonidir.

Turnirin "qoca" kapitanı kanadalı Atiba Hatçinson (39 yaş), ən gənci isə ingiltərəli Harri Keyndir (29 yaş).

DÇ-2022-nin ən gənc qapıçısı kamerunlu Simon Nqapanduentpunun 19 yaşı var. Ən yaşlı çərçivə qoruyucu isə 40 yaşlı meksikalı Alfredo Talaveradır.

Mundialın ən gənc yığması 24 yaş ortamalası ilə Qana kollektivi, ən yaşlı komandası isə İran və Meksika (hər ikisi 28) seçmələridir.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Yaş ortalamasıÖlkələr
24Qana
25Ekvador, İspaniya, ABŞ
26Kamerun,Kanada, İngiltərə, Fransa, Almaniya, Mərakeş, Niderland, Portuqaliya, Qətər, Seneqal, Serbia, Uels
27Argentina, Avstraliya, Belçika, Braziliya, Kosta-Rika, Xorvatiya, Danimarka, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, İsveçrə, Tunis, Uruqvay
28İran, Meksika






Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”