5 dekabr 2025. Cümə

DÇ-2022: Bu, teatr tamaşasına bənzəyir


DÇ-2022: Bu, teatr tamaşasına bənzəyir

Danimarkanın baş məşqçisi Kasper Yulmann Qətərdə keçiriləcək dünya çempionatında Avropa və Cənubi Amerikanın aparıcı komandalarının “saxta” azarkeşləri haqda fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bunu cəfəngiyat adlandırıb: “Bu, teatr tamaşasına bənzəyir. Əgər kimsə həqiqətən tullanan, həmin “xoşbəxt” insanların Danimarka və ya İngiltərənin fanatları olduğuna inandıra biləcəyini düşünürsə, bu, sadəcə gülüncdür”.

Az öncə mediada Avropa və Cənubi Amerikanın aparıcı komandalarının böyük azarkeş qruplarının əyləndiyi və milli komandalara hər cür dəstək ifadə etdiyi barədə videolar yayılıb. Azarkeşlər Argentina, Fransa, İngiltərə, Danimarka və digər komandaların formasını geyiniblər. Eyni zamanda, azarkeş qruplarının etnik və milli tərkibi Avropa və Cənubi Amerika ölkələrinin əhalisindən ciddi şəkildə fərqləndiyi görünür. Nəticədə turnir təşkilatçıları sosial şəbəkələrdə videodakı azarkeşləri “saxta” adlandıran daimi azarkeşlər tərəfindən tənqid olunub.

Qətər təmsilçiləri “saxta” azarkeş qruplarının təşkili ilə bağlı ittihamları rədd edərək bildiriblər ki, videoda dünya çempionatında təmsil olunmayan ölkələrin yüksək səviyyəli komandaları dəstəkləyən nümayəndələri əks olunub. Videodakı kişilər hindistanlılar, pakistanlılar, ərəblər və afrikalılardır ki, onlar da Qətərdə keçirilən turnir üçün idman qurğularının tikintisində iştirak edənlərdi.

Xatırladaq ki, Qətərdə keçiriləcək dünya çempionatı bazar günü, noyabrın 20-də başlayacaq. Açılış oyununda turnirin ev sahibləri və Ekvador millisi üz-üzə gələcək.







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”