23 oktyabr 2024. Çərşənbə

1 milyard dollarlıq dünya çempionatı


1 milyard dollarlıq dünya çempionatı
Noyabrın 20-də növbəti futbol bayramı – dünya çempionatı start götürəcək. Bütün dünyanın böyük maraqla gözlədiyi mundial dekabrın 20-dək davam edəcək. Corner.az FİFA-ya istinadən xəbər verir ki, Qətərdə keçiriləcək dünya çempionatının mükafat fondu 440 milyon dollar təşkil edəcək.
 
Eyni zamanda, hər milli komanda dünya çempionatına hazırlaşmağa görə 1,5 milyon, dünya çempionatının qrup mərhələsində iştiraka görə isə 9 milyon dollar alacaq.
 
Dünya çempionatının qalibi rekord məbləğ – 42 milyon dollar qazanacaq.
 
DÇ-2022-nin pul mükafatının qalan hissəsi aşağıdakı kimi bölüşdürülür:
 
2-ci yer – 30 milyon dollar;
3-cü yer – 27 milyon dollar;
4-cü yer – 25 milyon dollar;
5-8-ci yerlər — hər komanda üçün 17 milyon;
9-16-cı yerlər – hər komanda üçün 13 milyon.
 
FİFA həmçinin, futbolçuları dünya çempionatında mübarizə aparacaq klublara əlavə olaraq 209 milyon dollar təzminat ayırıb.
 
“Totalsportal”ın məlumatına görə, Qətərdə keçiriləcək dünya çempionatı üçün ödənişlərin ümumi məbləği təxminən 1 milyard dollar təşkil edəcək.






Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq