23 oktyabr 2024. Çərşənbə

Mundialda ən çox iştirak etmiş baş məşqçilər


Mundialda ən çox iştirak etmiş baş məşqçilər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Corner.az-ın məlumatına görə, bu dəfə daha çox mundialda baş məşqçi kimi iştirak etmiş şəxslərin siyahısı açıqlanıb.

Siyahının ilk pilləsində 6 dəfə DÇ final mərhələsi həyəcanı yaşamış braziliyalı Karlos Alberto Parreyra qərarlaşıb. O, əlçatmaz olan bu uğurlu yoluna 1982-ci ildə başlayıb. İspaniyada keçirilmiş mundialda Küveyt millisinə rəhbərlik etmiş 79 yaşlı mütəxəssis İtaliya-1990-da BƏƏ, ABŞ-1994 və Almaniya-2006-da Braziliya, Fransa-1998-də Səudiyyə Ərəbistanı, CAR-2010-da isə meydan sahiblərinin baş məşqçisi olub.

İkinci pillədə Parreyraya ən yaxın nəticə göstərmiş Bora Milutinoviç yer alır. O, 5 dəfə DÇ final mərhələsində iştirak edib. Meksika vətəndaşı olan keçmiş yuqoslaviyalı bunu 5 müxtəlif komanda ilə bacarıb. 78 yaşlı çalışdırıcı 1986-cı ildə Meksikada keçirilmiş mundialdan 2022-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş final mərhələsinə qədər uyğun ardıcıllıqla Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millilərinə rəhbərlik edib.

Növbəti yerləri 4 fərqli mundialda çalışmış 6 məşqçi tutur. Onlardan 5-i eyni komandaya (öz ölkələri) rəhbərlik edib. Henri Mişel isə əksinə, 4 fərqli komandada fəaliyyət göstərib.

Hazırda İranın baş məşqçisi olan portuqaliyalı Karluş Keyroş Qatar-2022-də 4-cü mundial həyəcanını yaşayacaq.

Baş məşqçi

Ölkəsi

Say

İştirak etdiyi turnirlər və rəhbərlik etdiyi ölkələr

Karlos Alberto Parreyra

Braziliya

6

Küveyt 1982, BƏƏ 1990, Braziliya 1994, 2006, Səudiyyə Ərəbistanı 1998, CAR 2010

Bora Milutinoviç

Yugoslaviya/Meksika

5

Meksika 1986, Kosta-Rika 1990, ABŞ 1994, Nigeriya 1998, Çin 2002

Zepp Herberger

Almaniya

4

Almaniya 1938, 1954, 1958, 1962

Uolter Uinterbottom

İngiltərə

4

İngiltərə 1950, 1954, 1958, 1962

Layoş Baroti

Macarıstan

4

Macarıstan 1958, 1962, 1966, 1978

Helmut Şön

Almaniya

4

Almaniya 1966, 1970, 1974, 1978

Anri Mişel

Fransa

4

Fransa 1986, Kamerun 1994, Mərakeş 1998, Fil Dişi Sahili 2006

Oskar Tabarez

Uruqvay

4

Uruqvay 1990, 2010, 2014, 2018







Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq