27 mart 2026. Cümə

İspaniya millisində ciddi itki - Qətərdən ayrıldı


İspaniya millisində ciddi itki - Qətərdən ayrıldı
Futbol üzrə İspaniya millisinin müdafiəçisi Xose Qaya Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Corner.az xəbər verir ki, İordaniya ilə yoxlama matçında sıradan çıxan 27 yaşlı futbolçu yığmanın heyətindən çıxarılıb.
 
Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.  "Valensiya" klubunda çıxış edən oyunçunun müalicəsi üçün Qətərdən İspaniyaya yola salındığı vurğulanıb.
 
Qayanın əvəzində heyətə “Barselona”nın futbolçusu Alexandro Balde dəvət olunub.
 
İspaniya millisi dünya çempionatına noyabrın 23-də Kosta-Rika ilə oyunla başlayacaq. Bu komandalarla eyni qrupda Portuqaliya və İsveçrə yığmaları da yer alıb.






Dünya çempionatı