29 iyun 2026. Bazar ertəsi

Levandovski dünya çempionatının favoritini açıqladı


Levandovski dünya çempionatının favoritini açıqladı

Polşa yığmasının və “Barselona”nın hücumçusu Robert Levandovski 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoritini açıqlayıb.

Corner.az-ın məlumatına görə, bu barədə “SportsCenter” nəşri məlumat yayıb.

“Argentina təkcə qrupumuzun deyil, bütün turnirin favoritidir. Biz bunu bilirik. Üstəlik, Messi hazırda çox yaxşı formadadır. Kimlə qarşılaşacağımızın fərqindəyik”, - 34 yaşlı futbolçu deyib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnirin açılış oyununda meydan sahibləri Ekvador millisini qəbul edəcək. Həmçinin onlarla eyni qrupda Seneqal və Niderland da oynayacaq.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi