5 fevral 2026. Cümə axşamı

Milli ilə DÇ-na yollanan qapıçıya ağır itki


Milli ilə DÇ-na yollanan qapıçıya ağır itki
Qətərdə keçiriləcək dünya çempionatına yollanan Uruqvay millisinin qapıçı Sebastyan Sosanın anası vəfat edib. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper buna görə millinin düşərgəsindən ayrılaraq ailəsi ilə birlikdə Uruqvayın paytaxtı Montevideoya yollanıb.
 
Komanda yoldaşları təcrübəli oyunçuya dəstək olmaq məqsədilə məşqə bir dəqiqəlik sükutla başlayıblar.
 
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Uruqvay millisi H qrupunda Portuqaliya, Qana və Cənubi Koreya ilə mübarizə aparacaq.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı