5 fevral 2026. Cümə axşamı

Benzema'nın DÇ-da çıxış etməyəcəyi təsdiqləndi


Benzema'nın DÇ-da çıxış etməyəcəyi təsdiqləndi
Fransa yığmasının hücumçusu Kərim Benzemanın zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcəyi rəsmən təsdiqlənib. Corner.az xəbər verir ki, bu barədə bazar günü Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
34 yaşlı futbolçunun əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.
 
Fransa millisinin baş məşqçisi Didye Deşam federasiyanın rəsmi saytına açıqlamasında bu itki ilə bağlı fikirlərini bölüşüb:
 
“Bu dünya çempionatının karyerasında əsas məqsədi olan Kərimə təəssüf edirəm. Fransa millisi üçün bu itkiyə baxmayaraq, mən öz komandama güvənirəm. Bu böyük sınaqdan tab gətirmək üçün hər şeyi edəcəyik”.
 
Fransa mətbuatının yazdığına görə, Benzemanın əvəzində milliyə “Mançester Yunayted”in hücumçusu Antoni Marsial dəvət olunub. Amma hələ federasiya bu barədə rəsmi açıqlama yaymayıb. 26 yaşlı hücumçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 7 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
 
Xatırladaq ki, daha öncə Pol Poqba, Nqolo Kante və daha bir neçə ulduz futbolçunun zədə səbəbindən Fransa yığmasının tərkibində dünya çempionatında iştirak edə bilməyəcəyi dəqiqləşmişdi.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı