8 aprel 2026. Çərşənbə

DÇ-2022-yə start verildi, Qətər Ekvadora uduzdu


DÇ-2022-yə start verildi, Qətər Ekvadora uduzdu

Bu gün futbol üzrə dünya çempionatı start götürüb. Corner.az xəbər verir ki, Qətərdə keçirilən mundialın açılış oyununda ev sahibi komanda ilə Ekvador yığması qarşılaşıb.

A qrupu çərçivəsində keçirilən və 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionunda baş tutan matçı italiyalı Daniele Orsato idarə edib. Oyundan əvvəl mundialın açılış mərasimi keçirilib. Qarşılaşma isə Ekvador yığmasının inamlı qələbəsi ilə başa çatıb. DÇ-2022-nin ilk qoluna imza atan Türkiyənin "Fənərbaxça" klubuna məxsus Enner Valensiya, həm də dubla imza atıb.

Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. DÇ-2022 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatı olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.

2018-ci ildə keçirilən sonuncu dünya çempionatının qalibi Fransa yığması olmuşdu.

DÇ-2022-nin qalibi 40 milyon dollar qazanacaq. İkinci yeri tutan milli komanda 30 milyon, üçüncü yerin sahibi 27 milyon dollar əldə edəcək.

DÇ-2022
A qrupu
20 noyabr

Qətər – Ekvador 0:2
Qol: E.Valensiya, 16-pen; 31.
Baş hakim: Daniele Orsato (İtaliya)
“El-Bayt” stadionu.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı