5 fevral 2026. Cümə axşamı

DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar


DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 56 ildən sonra mundiallar tarixinin antirekordu qeydə alınıb.

Corner.az-ın məlumatına görə, bu, Qətər və Ekvador komandaları arasında oynanılmış açılış matçında baş verib.

Qarşılaşmada ümumilikdə qapılara 11 zərbə endirilib. 1966-cı ildəki mundialdan sonra heç bir oyunda daha az cəhd qeydə alınmayıb.

Bundan əlavə, Asiya Konfederasiyasından indiyədək hansısa kollektiv debüt görüşündə qələbə qazana bilməyib.

Qətər yığması 1930-cu ildə Uruqvay, 1934-cü ildə isə İtaliyadan sonra yarışda ev sahibi kimi debüt edən 3-cü ölkə olub. Komanda eyni zamanda açılış qarşılaşmasında məğlubiyyətə üzülən ilk ev sahibidir. Ev sahibi görüş zamanı çərçivəyə bir zərbə belə endirmədən başa vurub. Belə hal ilk dəfə 1994-cü ildə baş verib. 1994-cü ildəki turnirdə ev sahibi ABŞ kollektivi eyni halla üzləşmişdi. 1998-ci ildə Almaniya Polşa ilə, 2018-ci ildə isə Səudiyyə Ərəbistanı Rusiya ilə açılış qarşılaşmasında çərçivəyə düşə bilməyib.

Ekvador millisi DÇ-nin açılış oyunu da daxil olmaqla ardıcıl 7 matçda qapısını toxunulmaz saxlaya bilib. Komandanın hücumçusu Ener Valensiya açılış görüşündə ilk penalti vuran oyunçu olub. Forvard həmçinin ilk oyunda dubl edən ikinci futbolçu adına da sahib çıxıb. 1934-cü ildə italiyalı Ancelo Skyavio ABŞ-la qarşılaşmada dubl etmişdi. Valensiya həmçinin açılış matçında fərqlənən ən yaşlı oyunçudur. O, 33 yaş 16-cı günündə bunu bacarıb. Daha əvvəl 1986-cı ildə 30 yaşlı italiyalı Alessandro Altobelli 1986-cı ildə Bolqarıstana qarşı bunu bacarıb.

Ener Valensiya dünənki matçdan əvvəl mundial təcrübəsi olan yeganə futbolçu idi. Belə hal sonuncu dəfə 1962-ci ildə yaşanıb. Həmin vaxt Çarlz Antenen (İsveçrə) Çili ilə açılış oyununda (1:3) bütün 22 iştirakçı arasında dünya çempionatı təcrübəsi olan yeganə oyunçu olub.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı