1 oktyabr 2026. Cümə axşamı

Azərbaycan və Rusiya arasında yoldaşlıq görüşü maraqlı olar


Azərbaycan və Rusiya arasında yoldaşlıq görüşü maraqlı olar
"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya millisinin FİFA tərəfindən beynəlxalq yarışlardan kənarlaşdırılmasından danışıb. Corner.az xəbər verir ki, rusiyalı mütəxəssis "RB Sport"a açıqlamasında hazırkı durumda yığmanın yoldaşlıq oyunlarından yararlanmalı olduğunu deyib:
 
“Vəziyyət çox çətindir. Komanda rəsmi oyunlar keçirə bilmir, turnirlərdə oynamır. Yığmanın yoldaşlıq oyunları keçirmək imkanı var. Bundan istifadə etmək lazımdır. Vəziyyət nə olursa olsun, ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq".
 
M.Musayev qeyd edib ki, Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq görüşü maraqlı olar: "Çox istərdim ki, belə bir qarşılaşma baş tutsun. Maraqlı oyun olardı. Amma təəssüf ki, mənim federasiya ilə heç bir əlaqəm yoxdur. Ona görə də Azərbaycanda insanların bu barədə nə düşündüyünü bilmirəm. Bakıda yaxşı stadion var. Belə bir qarşılaşma marağın artmasına səbəb olardı”.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər