29 iyun 2026. Bazar ertəsi

DÇ-2022: Niderland millisində ciddi itki


DÇ-2022: Niderland millisində ciddi itki

Niderland yığmasının hücumçusu Memfis Depay dünya çempionatında komandasının ilk oyununda iştirak etməyəcək. Corner.az xəbər verir ki, bu barədə “narıncılar”ın baş məşqçisi Lui van Qal oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

“Depayın yoxluğu bizim üçün Seneqalda Sadio Manenin yoxluğu kimi eyni zərbə olacaq. Mane qeyri-adi oyunçudur. Mən “Mançester Yunayted”in baş məşqçisi olanda onu almaq istəyirdim. Həmin vaxt onu izlədim. Manenin fanatıyam. O, oyunu dəyişdirə bilərdi və deyərdim ki, Seneqal onun üçün darıxacaq. Amma eyni şey bizə də aiddir. Ən yaxşı bombardirimiz və assistentimiz Memfis Depay üçün darıxacağıq” - deyə, Qal bildirib.

Qeyd edək ki, Niderland və Seneqal arasındakı görüş bu gün, noyabrın 21-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bundan əvvəl A qrupunda bir oyun keçirilib - Ekvador Qətərə 2:0 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi