1 oktyabr 2026. Cümə axşamı

DÇ-2002: Ac saxlanılan kassirlər


DÇ-2002: Ac saxlanılan kassirlər
2022-ci il dünya çempionatında iştirak edənlər iş şəraitindən şikayətləniblər. Corner.az Daily Mail-ə istinadən bildirir ki,  212 hindistanlı kassir (205 kişi və 7 qadın) turnirin açılış mərasiminə qədər 6 saat yeməksiz və susuz qalıb.

Onlar, səhər saat 9-da yerləşdikləri yerdən götürüldükləri, səhər saat 10:00-da Əl-Beyt stadionunda düşürüldüyü, lakin axşam saat 16:00-a qədər arenaya buraxılmadıqlarını bildirib. Kassirlərə rəhbərliyin gəlişini gözləməyi söyləsələr də, yemək verilməyib.

Oxşar hadisə stadiondan kənarda üç saat yeməksiz və susuz qalan 20 filippinli satıcıda da baş verib.

Bütün işçilər gündəlik iş şərti ilə “Qatar Star Services” ilə bir aylıq müqavilə imzalayıbar. Onlar pulsuz yataqxana və gündə bir dəfə yeməklə təmin olunurlar.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər