23 oktyabr 2024. Çərşənbə

DÇ-2022: Ronaldo favoritlərini açıqladı


DÇ-2022: Ronaldo favoritlərini açıqladı
Futbol üzrə Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin qrup mərhələsi çərçivəsində keçirəcəkləri oyunlardan öncə jurnalistlərlə görüşüb. Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu mətbuat konfransında müxtəlif məsələlərlə bağlı fikirlərini bölüşüb:
 
“Artıq tam bərpa olmuşam, özümü yaxşı hiss edirəm. Dünya çempionatına tam hazır olduğumu düşünürəm. Mundial tam fərqli turnirdir. Bu turnir zamanı bütün dünya dayanır. Hamı sənin necə oynadığına baxır, necə oynadığından danışır”.
 
Ronaldo Portuqaliya yığmasının DÇ-dakı şanslarına da toxunub: “Böyük potensialımız var. Heyətdə həm təcrübəli, həm də gənc oyunçular yer alıb. Biz hələlik yalnız Qana ilə oyun haqda düşünməli və sakit olmalıyıq. Unutmamalıyıq ki, yekunda ən yaxşı komanda çempion olacaq. 
 
Braziliya, Argentina, Fransa, İspaniya, Almaniya yığmalarının şansı daha böyükdür. Amma biz 2016-cı ildə gördük ki, özümüzü təsdiq edə və hər kəsi heyrətləndirə bilərik”.
 
Təcrübəli futbolçu hazırda yeni rekordlar haqda düşünmədiyini bildirib: “Mən rekordların arxasınca getmirəm, rekordlar özü gəlir. Hazırda mən bu haqda deyil, turnirdə qalib gəlmək barədə düşünürəm. İnsanlar deyirlər ki, karyeramın son vaxtlarını keçirirəm...  Amma mən etdiklərimlə fəxr edirəm. Lakin dünya kubokunu da qazanmaq pis olmazdı. Bütün uğurlara imza atmışam, hər şeyim var. Dünya Kubokunu da qazanmaq möhtəşəm olardı. Ancaq bunu hamı qazanmaq istəyir və yalnız biri qalib gələcək. Çalışacağıq ki, biz çempion olaq.
 
Bu, mənim beşinci dünya çempionatımdır. Təzyiq həmişə eynidir. Bəzən işlər yaxşı gedir, bəzən isə pis olur, amma özümü bunu öhdəsinə götürmək qabiliyyətim var. Bütün oyunçular mənim necə olduğumu və necə düşündüyümü bilirlər. Onlar təsirlənməyəcək. Qrup birləşib və hamı bütün gücünü ortaya qoymaq istəyir.
 
Əgər 37 yaş 8 ayda hələ də hər şeyi sübut etməli olsam, narahat olardım... İnsanların fikrinə hörmət edirəm. Ailəm, azarkeşlərim üçün gözəl bir dünya çempionatı keçirmək istəyirəm. Qalib gəlmək istəyirəm, amma buna nail ola bilməsək belə, etdiklərimə görə xoşbəxt olacağam”.
 
Kriştiano bir müddət öncə həm İngiltərənin “Mançester Yunayted” klubunda, həm də millidə komanda yoldaşı olan Bruno Fernandeslə münasibətlərinin soyuq olduğuna dair çıxmış xəbərlərə də münasibət bildirib:
 
“Böyük turnirlərdən əvvəl belə qalmaqallı xəbərlərin mətbuatda yer almasına alışmışıq. Onunla münasibətim əladır. Ümumiyyətlə, Kriştiano ətrafında hər şey həmişə mübahisələrə səbəb olur. Amma təkrar deyirəm: bütün komanda ilə münasibətim əladır, Bruno ilə, Kanselo ilə, Joao Felikslə... Sizdən də xahişim odur ki, futbolçulardan mənim haqqımda soruşmayın. Onlardan Portuqaliya yığması barədə soruşun”.
 
Ronaldo bir neçə gün öncə sosial şəbəkədə ona dəstək olan keçmiş komanda yoldaşı İker Kasilyas haqda da danışıb:
 
“İkerlə əla münasibətim var. Biz birlikdə oynamışıq, kuboklar qazanmışıq. Biz artıq mətbuatda necə işləməyi bilirik, deyilənlər çox vaxt aktual olmalıdır”.







Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq