1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: 7 federasiya One Love'dən imtina etdi


DÇ-2022: 7 federasiya One Love'dən imtina etdi
İngiltərə, Uels, Belçika, Danimarka, Almaniya, Niderland və İsveçrə FİFA-nın xəbərdarlığından sonra DÇ-2022-də “One Love” yazılan kapitanlıq sarğısı taxmaqdan imtina ediblər. Matc.az xəbər verir ki, bu barədə sözügedən ölkələrin federasiyaları birgə bəyanat yayıblar.
 
Bəyanatda bildirilib ki, qərar barədə milli komandaların kapitanları da məlumatlandırılıb:
 
“FİFA açıq şəkildə bildirdi ki, kapitanlarımız meydançada göy qurşağı sarğısı taxarsa, idman sanksiyaları tətbiq ediləcək. Milli federasiyalar olaraq biz futbolçularımızı idman sanksiyaları, o cümlədən xəbərdarlıqlarla üzləşə biləcək vəziyyətə sala bilmərik. Ona görə də, kapitanlardan dünya çempionatı oyunlarında onları geyinməmələrini xahiş etdik”.
 
Bəyanatda federasiyaların FİFA-nın hərəkətlərindən məyus olduqları və “One Love”ni başqa yollarla dəstəkləyəcəkləri vurğulanıb.
 
Qərara əsasən, kapitanlar meydana “One Love” kapitanlıq sarğısında çıxsalar, oyunun startından əvvəl sarı vərəqə alacaqlar.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər