23 oktyabr 2024. Çərşənbə

BBC Qətərə hədsiz dərəcədə hörmətsizlik etdi


BBC Qətərə hədsiz dərəcədə hörmətsizlik etdi
Britaniyalı jurnalist Pirs Morqan sosial şəbəkə hesabında BBC kanalını tənqid edib. Corner.az xəbər verir ki, 57 yaşlı jurnalist DÇ-2022-nin açılış mərasimini yayımlamadığına görə kanalın hörmətsizlik etdiyini söyləyib:
 
“BBC dünya çempionatının açılış mərasimini yayımlamaqdan imtina edərək, Qətərə hədsiz dərəcədə hörmətsizlik etdi. Əvəzində bunun nə qədər dəhşətli olduğu barədə başqa bir populist söhbət yayımladılar. Həqiqətən də, bu qədər önəm verirlərsə, qoy öz nəhəng işçi ordusunu evlərinə gətirsinlər və bizi bu absurd ikiüzlülükdən qurtarsınlar”.
 
Morqan daha sonra kanalın müzakirə mövzusu kimi seçdiyi məsələlərdən də söz açıb:
 
“Rusiyada keçirilən dünya çempionatı zamanı onların mənəviyyatları harda idi? Növbəti ABŞ turniri üçün də eyni şeyi edəcəksiz? Silah, abort və digər mövzuları müzakirə edəcəksiz? Yoxsa yalnız ərəb ölkələri və onların mədəniyyəti sizi narahat edir?”
 
Açılış mərasimi zamanı BBC kanalı miqrant işçilərin problemlərini, ölkədə insan hüquqlarının pozulmasını və Qətərə dünya çempionatına ev sahibliyi hüququ qazandıran siyasi hiylələri, korrupsiyanı müzakirə edib.
 
2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.






Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq