5 fevral 2026. Cümə axşamı

İstədiyim vaxt danışıram, gülləkeçirməzəm


İstədiyim vaxt danışıram, gülləkeçirməzəm

"İstədiyim vaxt danışıram, gülləkeçirməzəm".

Corner.az-ın məlumatına görə, bunu Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştiano Ronaldo özü ilə bağlı tənqidlərə cavab verərkən deyib.

37 yaşlı hücumçu mətbuatı yalan informasiya yaymaqda ittiham edib: "Zaman hər zaman vacibdir. Başqalarının nə düşünməsindən narahat olmadan gah doğru, gah da yalan yazırsınız. Kim olduğumu, nəyə inandığımı hamı bilir".

Təcrübəli oyunçu ən yaxşı komandanın çempion olacağını bildirib: "Əvvəlcə Qana yığması ilə oyun haqqında düşünüb, sakitcə hərəkət etməliyik. Bu matçla böyüyəcəyik. Ən yaxşı komanda çempion olacaq. Favoritlər Braziliya, Argentina, Fransa, İspaniya və Almaniya hesab olunur. Amma 2016-cı ildə Avropa çempionu olanda gördük ki, daha yaxşısını edə bilərik".

O, rekord dalınca qaçmadığını da toxunub: "Özləri məni tapır. Heç nəyə ehtiyacım yoxdur, hər şeyim var. Amma dünya kubokunu qazanmaq möhtəşəm olardı".

Qeyd edək ki, Portuqaliya millisi H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı