30 iyun 2026. Çərşənbə axşamı

Bu, təəccüblü və şokedicidir


Bu, təəccüblü və şokedicidir
Danimarkalı jurnalist Con Paq Qətər polisindən şikayətlənib.

Corner.az xəbər verir ki, o, səhrada reportaj hazırlamaq üçün “OneLove” kapitan sarğısını qoluna keçirsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onun yanına gəldiklərini və sarğının qadağan olduğunu bildirib.
 
“Bütün bu məhdudiyyətlərə görə ayıb olsun. Futbolçuların otelinin qarşısında durub sarğı taxıram. Beş dəqiqədən sonra polis gəldi, məni tutub dedi ki, sarğını çıxar. “Niyə?” sualına cavab verirlər ki, qola belə sarğı taxmaq qadağandır. Bu, təəccüblü və şokedicidir” – deyə, jurnalist qeyd edib.
 
O bildirib ki, Dohadan 30 kilometr aralıda səhrada olsa belə, əcnəbi jurnalist kimi Qətər polisi onu izləyir: “Bu, hazırda burada vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Onlara dedim ki, sarğı çıxarmaq fikrində deyiləm”.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"