30 iyun 2026. Çərşənbə axşamı

Messi DÇ-nın rekorduna şərik oldu, Ronaldoya çatdı


Messi DÇ-nın rekorduna şərik oldu, Ronaldoya çatdı
Lionel Messi DÇ-2022-də ilk oyununa çıxmaqla dünya rekordunu təkrarlayıb. Corner.az xəbər verir ki, Argentina yığmasının 35 yaşlı kapitanı Səudiyyə Ərəbistanı ilə hazırda davam edən qarşılaşmaya start heyətində çıxıb.
 
Bu, Lionelin iştirak etdiyi 5-ci mundialdır. Cənubi amerikalı bu göstəricidə rekorda şərik çıxıb.
 
Messi 5 mundialda meydana çıxan 5-ci futbolçudur. Ona qədər Antonio Karvaxal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya) və Canluici Buffon (İtaliya) buna nail olub.
 
Xatırladaq ki, Lionel bunadək 2006, 2010, 2014 və 2018-ci illərdə də mundialda meydana çıxıb. Həmin çempionatların iştirakçısı olan Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo da Qətərdə meydana çıxmaqla rekorda şərik çıxmaq imkanına malikdir.
 
Bu qarşılaşmada hesabı 10-cu dəqiqədə penaltidən açan Messi mundiallardakı qol sayını da 7-yə çatdırıb. O, buna 20-ci matçında nail olub.
 
Messi bununla Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldoya çatıb. 37 yaşlı bu forvard isə 17 görüşdə 7 dəfə fərqlənib.
 
Xatırladaq ki, mundiallarda ən çox qol vuran futbolçu Almaniya yığmasının sabiq hücumçusu, artıq karyerasını bitirən Miroslav Kloze olub - 16 qol.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"