15 avqust 2026. Şənbə

Argentinanın məğlubiyyətsiz oyunlar seriyası qırıldı


Argentinanın məğlubiyyətsiz oyunlar seriyası qırıldı

Argentina yığmasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Corner.az-ın məlumatına görə, Lionel Skalonenin baş məşqçi olduğu komanda Qətərdə keçirilən dünya çempionatının ilk matçında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olub.

Asiya təmsilçisi cənubi amerikalıların 36 matçlıq seriyasına son qoyub. Argentina İtaliyanın 37 oyunluq nailiyyətini təkrarlaya bilməyib.

"Tanqoçular" bu görüşədək sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə yenilmişdi.







Dünya çempionatı