23 oktyabr 2024. Çərşənbə

DÇ-2022: Argentina məğlubiyyətlə, Fransa qələbə ilə başladı


DÇ-2022: Argentina məğlubiyyətlə, Fransa qələbə ilə başladı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında oyunlar davam edir. Corner.az xəbər verir ki, bu gün daha 2 qrupda mübarizəyə start verilib.

Günün ilk matçı C qrupunda baş tutub. Mundialın favoritlərindən hesab olunan Argentina millisi Səudiyyə Ərəbistanını sınağa çəkib. Hesabı Cənubi Amerika təmsilçisi açsa da, yekunda Səudiyyə Ərəbistanı sürpriz  qələbəyə imza atıb. Bu qrupun digər matçında Meksika yığması Polşa ilə qarşılaşıb. Bu görüşdə qapılara ümumiyyətlə qol vurulmayııb.

D qrupunda Danimarkanın Tunislə oyununda da qol hesabı dəyişməyib. Fransa isə Avstraliya ilə üz-üzə gəlib . Bu oyunda da hesabı avstraliyalılar açsalar da, yekunda fransızlar əzmkar qələbə qazanıb.

DÇ-2022
22 noyabr

C qrupu

Argentina - Səudiyyə Ərəbistanı 1:2
Qol: L.Messi, 10-pen - S.Əl-Şehri, 48. S.Əl-Davsari, 53.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
"Lusail" stadionu.

Argentina: 23. Emiliano Martines, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 3. Nikolas Talyafiko, 7. Rodriqo De Paul, 5. Leandro Paredes, 17. Papu Qomes, 10. Lionel Messi (k), 22. Lautaro Martines, 11. Anxel Di Mariya.
Səudiyyə Ərəbistanı: 21. Məhəmməd Əl-Ovais, 4. Saud Abdulhamid, 17. Hassan Tambakti, 5. Əli Əl-Boleahi, 13. Yasser Əl-Şahrani, 23. Məhəmməd Kanno, 8. Abdullah Əl-Malki, 7. Salman Əl-Farac (k), 10. Salem Əl-Davsari. 11. Saleh Əl-Şehri.

Meksika - Polşa 0:0
Matçın 58-ci dəqiqəsində R.Levandovski penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Kris Bit (Avstraliya)
"Stadion 974".

Meksika: Gilyermo Oçoa (k), Kevin Alvares, Luis Çaves, Xesus Qalyardo, Ektor Errera, İrvinq Losano, Henri Martin, Sesar Montes, Ektor Moreno, Xorxe Sançes, Aleksis Veqa.
Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Metti Keş, Kamil Qlik, Yakub Kaminski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (k), Sebastian Şimanski, Nikola Zalevski, Pyotr Zelinski.

D qrupu

Danimarka - Tunis 0:0
Baş hakim: Sesar Arturo Ramos (Meksika).
"Edyukeyşn Siti" stadionu.

Danimarka: 1. Kasper Şmeyxel, 2. Yoaxim Andersen, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 10. Kristian Eriksen, 11. Andreas Skov Olsen, 12. Kasper Dolberq, 13. Rasmus Kristensen, 23. Pye-Emil Hoybyerq.
Tunis: 16. Aymen Dahmen, 3. Montassar Talbi, 4. Yassin Meria, 6. Dilan Bronn, 7. Yussef Msakni (k), 9. İssam Cebali, 14. Aysa Layduni, 17. Elyess Sxiri, 20. Məhəmməd Draqer, 24. Ali Abdi, 25. Anis Slimani.

Fransa - Avstraliya 4:1
Qol: A.Rabyo, 27. O.Jiru, 32; 71. K.Mbappe, 68 – K.Qudvin, 9.
Baş hakim: Viktor Qomes (CAR).
"Əl-Canub" stadionu.

Fransa: Uqo Loris (k), Benjamin Pavar, Dayo Upamekano, İbrahim Konate, Lukas Hernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Avstraliya: Metyu Rayan (k), Nataniel Atkinson, Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar.







Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq