1 oktyabr 2026. Cümə axşamı

Jiru Anrinin rekordunu təkrarladı, Mbappe isə ...


Jiru Anrinin rekordunu təkrarladı, Mbappe isə ...

Fransa millisinin və "Milan"ın futbolçusu Olivye Jiru yığmanın sabiq hücumçusu Tyeri Anrinin rekordunu təkrarlayıb.

Corner.az xəbər verir ki, Qətərdəki dünya çempionatında Avstraliyaya qarşı keçirdikləri D qrupunun ilk tur oyununda dubla imza atan 36 yaşlı hücumçu 52 qolla bombardirlər siyahısında liderliyə yüksəlib. O, hazırda Anri ilə birlikdə ilk sıranı bölüşdürür.

Təcrübəli forvard 32-ci və 71-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Avstraliya ilə oyunda fərqlənən Kilian Mbappe isə mundiallarda 5 qol vuran ən gənc fransalı futbolçu kimi tarixə düşüb. Bu göstərici üzrə 2-ci pillədə Jüst Fonten qərarlaşıb. O, 1958-ci ildəki dünya çempionatında 5 qol vurarkən 24 yaşında olub.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər