1 oktyabr 2026. Cümə axşamı

Daha bir futbolçu üçün dünya çempionatı erkən bitdi


Daha bir futbolçu üçün dünya çempionatı erkən bitdi
Qətərdə keçirilən dünya çempionatı çərçivəsində baş tutan Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Əl-Şəhraninin durumuna aydınlıq gəlib. Corner.az xəbər verir ki, 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.
 
Vəziyyəti ciddi olan oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Əl-Şəhraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.
 
Xatırladaq ki, yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Əl-Şəhraninin üzünə zərbə endirib. Dizi əzilən qapıçı oyunu davam etdirsə də, komanda yoldaşı meydanı xərəkdə tərk edib.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər