30 iyun 2026. Çərşənbə axşamı

DÇ-2022: Argentina 92 ildən sonra antirekordu təkrarladı


DÇ-2022: Argentina 92 ildən sonra antirekordu təkrarladı

Futbol üzrə Argentina millisi 92 ildən sonra antirekordunu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu yığma Qətərdə keçirilən dünya çempionatının I turunda uğursuzluqla üzləşib.

Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olan komanda mundiallar tarixində 1930-cu ildən sonra ilk hissədə öndə olduğu matçda uduzub. Argentina ilk turnirdə Uruqvay seçməsinə (ilk hissə 2:1, yekun 2:4) məğlub olmuşdu.

Həmin qarşılaşmada 34 yaşdan yuxarı olan 4 futbolçusu (Lionel Messi, Nikolas Otamendi, Anxel Di Mariya, Papu Qomez) start heyətdə meydana çıxıb. Bu dünya çempionatları tarixində ilk belə haldır.

Cənubi Amerika təmsilçisi ilk hissədə 7 dəfə oyundan kənar vəziyyətə düşüb. Bu, 2002-ci ildən sonrakı mundiallarda görünməmiş hadisədir. 20 il əvvəl İspaniya yığması İrlandiya ilə matçın ilk yarısında 9 dəfə bu halla rastlaşıb.

Çempionatlar tarixində ilk dəfə bir komandanın kapitanı rəqib kapitanın penaltisini dəf edib. Bu qolsuz başa çatan Meksika - Polşa görüşündə gerçəkləşib. Meksikalı Gilyermo Oçoa Robert Levandovsinin fərqlənməsinə mane olub.







Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"