30 iyun 2026. Çərşənbə axşamı

Deşam zədələnən futbolçu üçün alternativlər haqda danışdı


Deşam zədələnən futbolçu üçün alternativlər haqda danışdı
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin qrup matçında Avstraliya ilə oyunda (4:1) zədələnən Lukas Hernandesi kiminlə əvəzləyəcəyi barədə danışıb. Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı çalışdırıcı yığmanın heyətində sıradan çıxan 26 yaşlı müdafiəçini əvəzləyə biləcək oyunçuların olduğunu deyib:
 
“Mən həll yolları tapacam. Biz rahatlıq istəyiriksə, bütün mövqeləri üç dəfə artırmaq üçün milliyə 33 oyunçu çağırmalıyıq. Komandada Teo Hernandes var lakin başqa alternativlər də tapmaq mümkündür”.
 
Xatırladaq ki, Lukas Avstraliya ilə görüşün 10-cu dəqiqəsində zədələnmiş və onu 13-cü dəqiqədə qardaşı Teo Hernandes əvəz etmişdi.
 
Fransa yığması noyabrın 26-da Danimarka ilə üz-üzə gələcəksə, Avstraliya Tunislə qarşılaşacaq. D qrupunda Fransa vahid liderdir. Danimarka ikinci (1 xal), Tunis üçüncü (1 xal), Avstraliya isə sonuncu (0 xal) pillədə qərarlaşıb.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"