1 oktyabr 2026. Cümə axşamı

Atamla Messini ancaq futbolu anlamayanlar müqayisə edirlər


Atamla Messini ancaq futbolu anlamayanlar müqayisə edirlər
Əfsanəvi futbolçu Dieqo Maradonanın kiçik oğlu Dieqo Armando Maradona Argentina millisinin 2022-ci il dünya çempionatının qrup mərhələsinin 1-ci turunun Səudiyyə Ərəbistanı ilə oyunu (1:2) barədə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, atası və Lionel Messini futboldan anlamayanların müqayisə etdiyini bildirib.
 
“Atamla Messini ancaq futbolu anlamayanlar müqayisə edirlər. Söhbət iki fərqli planetdən gedir, amma mən Messiyə dərhal son qoymaq istəmirəm. Bu məğlubiyyətdən məyus oldum. Bütün bunların həqiqətən baş verdiyinə inanmaq çətindir. Səudiyyə Ərəbistanına uduzmaq dəlilikdir. Amma futbolda elə olur ki, hətta daha zəif rəqiblərə də uduzursan” – deyə,  Maradona bildirib.
 
Qeyd edək ki, Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qrup mərhələsinin 1-ci turundan sonra Səudiyyə Ərəbistanı 3 xalla C qrupunun lideridir. Meksika və Polşanın hesabında 1, Argentina millisinin isə 0 xalı var.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər