5 fevral 2026. Cümə axşamı

Ronaldo dünya çempionatlarının tarixinə düşdü


Ronaldo dünya çempionatlarının tarixinə düşdü
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatlarında iştirak baxımından Argentina yığması və Fransa PSJ-sinin hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb. Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu buna sayca 5-ci mundialında meydana çıxmaqla nail olub.
 
Qətərdəki dünya çempionatındakı ilk oyunlarında Qana ilə üz-üzə gələn Portuqaliya yığmasının aparıcı üzvü start heyətdə meydana çıxıb. Bununla da o, Messi ilə yanaşı, Meksika yığmasının sabiq üzvləri Antonio Karbaxal və Rafael Markes, həmçinin, Almaniya millisinin keçmiş hücumçusu Lotar Matteusa çatıb.
 
Xatırladaq ki, Ronaldo daha əvvəl 2006, 2010, 2014 və 2018-ci il mundiallarında da iştirak edib.
 
Ronaldo həm də ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, buna Qana ilə matçın 65-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə nail olub.
 
Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illərdə keçirilmiş dünya çempionatlarında qol vurmağı bacarmışdı.
 
Bildirək ki, Portuqaliya Qana ilə matçda 3:2 hesablı qələbə qazanıb.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı