5 fevral 2026. Cümə axşamı

DÇ-2022: Portuqaliya və Braziliyadan ilk oyunda qələbə


DÇ-2022: Portuqaliya və Braziliyadan ilk oyunda qələbə

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun baş tutub. Corner.az xəbər verir ki, günün ilk görüşü G qrupunda Bakı vaxtı ilə saat 14:00-da start götürən qarşılaşmada İsveçrə və Kamerun yığmaları qarşılaşıb. İsveçrəlilər bu matçda 3 xalı tək qolla qazanıb.

Bu qrupun digər matçında isə Braziliya milli komandası Serbiyanı sınağa çəkib. Bu oyunda "sambaçılar" inamlı qələbə qazanıb.

H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Portuqaliya isə Qana yığması ilə münasibətlərinə aydınlıq gətirib. Beş qolluq bu görüşdə Avropa təmsilçisi çətin qələbə qazanıb.

Dünya çempionatı
24 noyabr

G qrupu

İsveçrə - Kamerun 1:0
Qol: B.Embolo, 48.
Baş hakim: Fakundo Telyo (Argentina).
"Əl-Canub" stadionu.

Braziliya - Serbiya 2:0
Qol: Riçarlison, 62; 73.
Baş hakim: Alireza Faqani (İran).
"Lusail" stadionu.

H qrupu

Uruqvay - Cənubi Koreya 0:0
Baş hakim: Kleman Türpen (Fransa).
"Edyukeyşn Siti" stadionu.

Portuqaliya - Qana 3:2
Qol: K.Ronaldo, 65-pen. J.Feliks, 78. R.Leao, 80 – A.Ayyu, 73. O.Bukari, 89.
Baş hakim: İsmail Elfat (ABŞ).
"Stadiium 974" arenası.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı