- Dünya çempionatı
- 22:20 04.02.2026
Braziliyalı futbolçu Neymar Serbiya ilə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuq nahiyəsindən zədələnib.
Corner.az xəbər verir ki, bu barədə Braziliyanın "Globo Esporte" portalına millinin həkimi Rodriqo Lesmar söyləyib.
"Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik", - millinin həkimi deyib.
Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib. Görüş "sambaçı"ların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliya yığması noyabrın 28-də İsveçrə millisi ilə qarşılaşacaq.