5 fevral 2026. Cümə axşamı

DÇ-2022: Rişarlison vurduğu qol haqda...


DÇ-2022: Rişarlison vurduğu qol haqda...

"Dünya çempionatı öncəsi təlim-məşq toplanışında oxşar qolu vurmuşam. Bunu öncə məşqdə etdim, indi də oyunda. Gözəl zərbə endirdim və daha çox qol vurmaq istəyirəm”.

Corner.az xəbər verir ki, bunu Braziliya millisinin hücumçusu Riçarlison DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiyaya vurduğu ikinci qolu şərh edərkən deyib.

Qayçı zərbəsi ilə komandasının ikinci qolunu vuran 25 yaşlı futbolçu bu qolda payı olan komanda yoldaşına təşəkkür edib: “Futbolçulara minnətdarlığımı bildirməliyəm. Dedim ki, qol vurmaq üçün topu qəbul etməliyəm, və onu da etdim”.

Bildirək ki, Braziliya – Serbiya matçının ən yaxşı oyunçusu Rişarlison seçilib.

Növbəti turda "sambaçılar" İsveçrə yığması ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 28-də baş tutacaq.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı