5 fevral 2026. Cümə axşamı

DÇ-2022: Qaret Beyldən qəribə təklif


DÇ-2022: Qaret Beyldən qəribə təklif
Bu gün DÇ-2022-nin 2-ci turu çərçivəsində Uels – İran oyunu keçirilir. Corner.az xəbər verir ki, Uels millisinin kapitanı Qaret Beyl oyundan əvvəl qeyri-adi təklif verib.
 
33 yaşlı oyunçu məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyib:
 
“İranla oyun Uels vaxtı ilə səhər saat 10:00-da başlayacaq. Mən müəllim olsaydım, uşaqlara məktəbdə bu matça baxmağa imkan verərdim. Ümid edirəm ki, bizim müəllimlər də bunu edəcək. Futbol üzrə dünya çempionatında olmaq Uels üçün tarixi andır. Uşaqları olan tanışlarım istəyir ki, övladı bu qarşılaşmaya baxsın. Ancaq uşağın məktəbdən qalmasını da istəmirlər. Düşünürəm ki, əksər müəllimlər dərs əvəzinə futbolu göstərəcəklər ki, bizi dəstəkləyərək güc versinlər. Bunu tarix üzrə mini-dərs adlandırmaq olar”.
 
Məktəblərdə DÇ-2022-nin nümayişi praktikasından daha əvvəl Meksikada istifadə olunub.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı