30 iyun 2026. Çərşənbə axşamı

Mundialda ilk qola sevindilər, pley-off şanslarını itirdilər


Mundialda ilk qola sevindilər, pley-off şanslarını itirdilər
Qətər millisi tarixində ilk dəfə dünya çempionatında qol vurub. Corner.az xəbər verir ki, sözügedən komanda DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Seneqala qarşı matçın (1:3) 78-ci dəqiqəsində qol vurub.
 
Məhəmməd Muntari baş zərbəsi ilə fərqlənərək yığmanın tarixinə düşüb. Səbəb isə Qətər üçün bu, dünya çempionatı tarixində ilk qoldur. Həmçinin 2022-ci il dünya çempionatı bu komandanın tarixində ilkdir. Qətər turnirin ev sahibi ölkə kimi mundiala vəsiqə qazanıb. Lakin bu komanda ev sahibi olduğu DÇ-2022-də qrupdan çıxmaq şanslarını itirib. Komanda ilk matçında isə Ekvadora da 0:2 hesabıyla uduzmuşdu. Nəticədə Qətər yığmasının Niderlandla sonuncu - 3-cü tur oyununun nəticəsindən asılı olmayaraq, A qrupundan pley-offa yüksələ bilməyəcəyi rəsmiləşib.
 
A qrupunda Niderland 4 xalla liderdir. Eyni xalı olan Ekvador isə 2-cidir. Seneqal 3 xalla 3-cü pillədə qərarlaşır.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"