- Dünya çempionatı
- 10:08 05.12.2025
Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib. Corner.az xəbər verir ki, A və B qruplarında ümumilikdə 4 görüş baş tutub.
Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olub. İran yığması bu matçda son dəqiqələrdə vurduğu 2 qolla inamlı qələbə qazanıb.
Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları baş tutub. Mundialın ev sahibi Seneqala da məğlub olataqt pley-offa yüksəlmək şansını itirib. Niderland - Ekvador oyunda qapılara qol vurulmayıb.
Günə A qrupunun İngiltərə - ABŞ matçı ilə yekun vurulub. Bu oyunda da heç-heçə qeydə alınıb.
Dünya çempionatı
25 noyabr
A qrupu
Qətər - Seneqal 1:3
Qol: Məhəmməd Muntari, 78 - Bulaye Dia, 41. Famara Dyedyu, 48. Bamba Dyenq, 84.
Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya).
"Al Tumama" stadionu.
Niderland - Ekvador 1:1
Qol: Kodi Qakpo, 6 - Enner Valensiya, 49.
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
"Xəlifə" stadionu.
Xal: Niderland - 4, Ekvador - 4, Seneqal - 3, Qətər – 0.
B qrupu
Uels - İran 0:2
Qol: Rozbeh Çeşmi, 90+8. Ramin Rezaeyan, 90+11.
Qırmızı vərəqə: U.Hennesi, 86.
Baş hakim: Mario Eskobar (Qvatemala).
"Əhməd Bin Əli" stadionu.
İngiltərə - ABŞ 0:0
Baş hakim: Xesus Valensuela (Venesuela).
"Əl Bayt" stadionu.
Xal: İngiltərə - 4, İran – 3, ABŞ - 2, Uels - 1