1 oktyabr 2026. Cümə axşamı

Ekvador yığmasında Valensiya şoku


Ekvador yığmasında Valensiya şoku
Qətərdəki dünya çempionatının iştirakçılarından olan Ekvador yığması ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, həm sözügedən komandanın, həm də DÇ-2022-nin hazırkı bombardiri Enner Valensiya sıradan çıxıb.
 
33 yaşlı hücumçu qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Niderlandla görüşdə (1:1) zədələnib. O, oyuna davam edə bilməyib və 90-cı dəqiqədə meydanı xərəkdə tərk edib. Valensiyanı Kevin Rodriqes əvəzləyib. Forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. 
 
Xatırladaq ki, Enner Valensiya 3 qolla dünya çempionatının bombardirləri siyahısında birinci pillədə qərarlaşıb. O, ilk turda Qətərlə görüşdə (2:0) dubl edib və Niderlandla matçda 1 qol vurub.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər