5 dekabr 2025. Cümə

DÇ-2022: Fransa 1/8 finalda, Argentinadan çətin qələbə


DÇ-2022: Fransa 1/8 finalda, Argentinadan çətin qələbə

Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 4 oyun keçirilib. Corner.az xəbər verir ki, C və D qruplarında 2-ci tur çərçivəsində ümumilikdə 4 qarşılaşma baş tutub.

Günün ilk matçı D qrupunda keçirilib. Tunis millisi Avstraliya ilə üz-üzə gəlib. Bu oyunda avstraliyalılar minimal hesabla qalib gələrək vacib 3 xalı qazanıblar. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmasını sınağa çəkib. Üç qolun qeydə alındığı görüşdə fransızların ardıcıl ikinci qələbəsini qazanıb. Bununla da sonuncu dünya çempionu olan Fransa yığması 1/8 finala vəsiqəni təmin edən ilk komanda olub.

C qrupunda isə ikinci tura Polşa - Səudiyyə Ərəbistanı matçı ilə start verilib. Polşalılar bu oyundan inamlı qələbə qazanıb. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən məğlub olan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirib. Bu matçda isə argentinalılar çətin qələbəyə sevinib.

Dünya çempionatı
26 noyabr

C qrupu

Polşa - Səudiyyə Ərəbistanı 2:0
Qol: Pyotr Zelinski, 39. Robert Levandovski, 82.
Matçın 45+1-ci dəqiqəsində Salem Əl-Davsari penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Vilton Sampayo (Braziliya).
"Edyukeyşn Siti" stadionu.

Argentina - Meksika 2:0
Qol: Lionel Messi, 64. Enso Fernandes, 87.
Baş hakim: Daniele Orsato (İtaliya).
"Lusail" stadionu.

Xal: Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1.

D qrupu

Tunis - Avstraliya 0:1
Qol: Mitçell Dyuk, 23.
Baş hakim: Daniel Zibert (Almaniya).
"Əl-Canub" stadionu.

Fransa - Danimarka 2:1
Qol: Kilian Mbappe, 61; 86 - Andreas Kristensen, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
"Stadium 974".

Xal: Fransa - 6, Avstraliya - 3, Danimarka- 1, Tunis - 1







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”