23 oktyabr 2024. Çərşənbə

DÇ-2022: İspaniya və Almaniyadan heç-heçə, Mərakeşlə Xorvatiyadan qələbə


DÇ-2022: İspaniya və Almaniyadan heç-heçə, Mərakeşlə Xorvatiyadan qələbə

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 2-ci turun daha 4 oyunu keçirilib. Corner.az xəbər verir ki, günün ilk matçı E qrupuna təsadüf edib. Yaponiya yığması Kosta Rikanı sınağa çəkib. Bu oyunda Kosta Rikalılar minimal hesabla qələbə qazanıb.

Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponlara uduzan Almaniya yığması ilə qarşılaşıb. İspanların  hesabı açdığı oyunda almanlar məğlubiyyətdən xilas olmağı bacarıblar. Yekunda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

F qrupunda əvvəlcə Belçika Mərakeşlə üz-üzə gəlib. Bu oyunda belçikalılar gözlənilməz məğlubiyyətə üzülüb. Qrupun digər matçında Xorvatiya Kanada ilə qarşılaşıb. Hesabı kanadalıların açdığı matçda Avropa təmsilçisi əzmkar qələbəyə sevinib. Ardıcıl iki məğlubiyyət yaşayan Kanada yığması son turda qalib gəlsə belə, turnirlə vidalaşmalı olacaq. Bununla da sözügedən komanda Qətər yığmasından sonra pley-off şansını itirən ikinci komanda olub.

DÇ-2022
27 noyabr

E qrupu

Yaponiya - Kosta Rika 0:1
Qol: Keyşer Fuller, 81.
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Əhməd İbn Əli" stadionu.

İspaniya - Almaniya 1:1
Qol: Alvaro Morata, 62 - Niklas Fullkruq, 83.
Baş hakim: Denni Makkelli (Niderland).
"Əl Bayt" stadionu.

Xal: İspaniya – 4. Yaponiya – 3. Kosta Rika – 3. Almaniya – 1.

F qrupu

Belçika - Mərakeş 0:2
Qol: Abdelhamed Sabiri, 73. Zəkəriyyə Abuxlal, 90+2.
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Al Tumama" stadionu.

Xorvatiya - Kanada 4:1
Qol: Andrey Kramariç, 36; 70. Marko Livaya, 44. Lovro Mayer, 90+4 - Alfonso Deyvis, 2.
Baş hakim: Andres Matonte (Uruqvay).
"Xəlifə" stadionu.

Xal: Xorvatiya – 4. Mərakeş – 4. Belçika – 3. Kanada – 0.







Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq