5 fevral 2026. Cümə axşamı

DÇ-2022: Himni oxudu, oynamadan əvəzləndi


DÇ-2022: Himni oxudu, oynamadan əvəzləndi
Qətərdəki dünya çempionatında ötən gün keçirilmiş Belçika - Mərakeş matçından öncə maraqlı hadisə yaşanıb. Corner.az xəbər verir ki, mərakeşli qapıçı Yassin Bunu start heyətdə meydana çıxsa da, bu oyunda bir dəqiqə də komandasına kömək edə bilməyib.
 
Buna səbəb 31 yaşlı qolkiperin matçın startı ərəfəsində özünü pis hiss etməsi və dərhal əvəzlənməsi səbəb olub. Halbuki Yassin komanda yoldaşları ilə meydana çıxaraq himni də oxuyub. Lakin elə həmin vaxt özünü pis hiss edən Yassin baş məşqçidən əvəzlənməsini istəyib. Hakimlər onun əvəzlənməsinə icazə verdikləri üçün bu, Mərakeş yığmasının əvəzetmə sayına da təsir göstərməyib. Onun əvəzində start heyətdə 33 yaşlı Munir Məhəmmədi çıxıb və komandasının 2:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.
 
 
 
 






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı