5 fevral 2026. Cümə axşamı

İlkay Gündoğan: FİFA-ya etiraz olaraq bu jesti etdik


İlkay Gündoğan: FİFA-ya etiraz olaraq bu jesti etdik

“Bir neçə futbolçumuz FİFA-ya qəzəbləndi. “One Love” sarğısı oyundan əvvəl qadağan edildi və bu, bir neçə futbolçunu əsəbiləşdirdi”. Corner.az xəbər verir ki, bu sözlər Almaniya yığmasının futbolçusu İlkay Gündoğana məxsusdur. 32 yaşlı futbolçu dünya çempionatında növbəti etiraz aksiyaları planlaşdırmadıqlarını bildiib.

“Biz bunu komanda şəklində müzakirə etdik və qərara gəldik ki, FİFA-ya etiraz olaraq bu jesti edək. Düzünü desəm, indi siyasətin bitdiyini düşünürəm. Fikrimcə, Qətər dünya çempionatına ev sahibliyi etməkdən qürur duyur. Bu, turnirə vəsiqə qazanan ilk müsəlman ölkəsidir. Mən müsəlman ailəsindənəm. Deyə bilərəm ki, bütün ictimaiyyətimiz bununla fəxr edir. Amma indi diqqətimizi yalnız futbola yönəldirik. Bu hadisəni qeyd etmək lazımdır”.

Qeyd edək ki, Yaponiya ilə oyundan (1:2) əvvəl Almaniya millisinin futbolçuları FİFA-ya etiraz əlaməti olaraq komanda şəklində əlləri ilə ağızlarını bağlayıblar.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı