Kamerun millisinin hücumçusu Vensan Abubakar dünya çempionatında tarixi rekorda imza atıb. Corner.az xəbər verir ki, o, buna DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Serbiyaya qarşı keçirdikləri oyunda nail olub.
Təcrübəli oyunçu 3:3 hesabıyla bitən matçda həm qol vurub, həm də qol ötürməsi verib. 30 yaşlı hücumçu mundial tarixində ehtiyat oyunçular skamyasından meydana daxil olduqdan sonra bunu bacaran ilk afrikalı futbolçuya çevrilib.
Xatırladaq ki, 55-ci dəqiqədə meydana çıxan Abubakar 63-cü dəqiqədə komandasının 2-cu qolunu vurub, 66-cı dəqiqədə isə bərabərlik qolunun ötürməsini verib