5 fevral 2026. Cümə axşamı

DÇ-2022: Braziliya və Portuqaliya da 1/8 finala vəsiqəni təmin etdi


DÇ-2022: Braziliya və Portuqaliya da 1/8 finala vəsiqəni təmin etdi

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün ikinci tura yekun vurulub. Corner.az xəbər verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçirilib.

Günün ilk matçı G qrupunda Kamerun Serbiya yığması ilə üz-üzə gəlib. Altı qolluq qarşılaşmada qalib müəyyənləşməyib. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrə ilə münasibətlərinə aydınlıq gətirib. "Sambaçılar" bu oyunda minimal hesablı qələbə qazanaraq Fransa yığmasının ardından 1/8 finala erkən vəsiqə qazanıb.

H qrupunda əvvəlcə Cənubi Koreya və Qana yığmaları qarşılaşıb. Beş qolluq bu qarşılaşmada Afrika təmsilçisi qələbəyə sevinən tərəf olub. Portuqaliya isə Uruqvayı sınağa çəkib. Avropa təmsilçisi bu görüşdə 2 cavabsız qolla qalib gəlib. Nəticədə Portuqaliya yığması da 1/8 finala yüksələn komandaların sırasına adını yazdırıb.

DÇ-2022
28 noyabr

G qrupu

Kamerun – Serbiya 3:3
Qol: Şarles Kastelleto, 29. Vensan Abubakar, 63. Erik Şupo-Motinq, 66 – Strahinya Pavloviç, 45+1. Sergey Milinkoviç-Saviç, 45+3. Akeksandr Mitroviç, 53.
Baş hakim: Məhəmməd Abdulla Hassan (BƏƏ).
“Əl-Cənub” stadionu.

Braziliya - İsveçrə 1:0
Qol: Kazemiro, 83.
Baş hakim: İvan Barton (Salvador).
“974” stadionu

Xal: Braziliya – 6. İsveçrə – 3. Kamerun – 1. Serbiya - 1.

H qrupu

Cənubi Koreya- Qana 2:3
Qol: Sun Kyu Ço, 58; 61 - Məhəmməd Salisu, 24. Məhəmməd Kudus, 34; 68.
Baş hakim: Entoni Teylor (İngiltərə).
“Edukeyşn Siti” stadionu.

Portuqaliya – Uruqvay 2:0
Qol: Bruno Fernandes, 54; 90+3-pen.
Baş hakim: Əlireza Fəqani (İran).
“Lusail İkonik” stadionu.

Xal: Portuqaliya – 6. Qana – 3. Uruqvay – 1. Cənubi Koreya – 1.








Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı