5 fevral 2026. Cümə axşamı

İranlı futbolçular ailələri ilə təhdid olunub


İranlı futbolçular ailələri ilə təhdid olunub

İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ-la III turun oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.

Corner.az xəbər verir ki, bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb.

O, iranlı oyunçular özlərini "düzgün aparmasalar", onların qohumları həbs və işgəncə ilə hədələndiklərini bildirib.

İslam İnqilabı Keşikçilərinin futbolçuları izlədiyi də bildirilib. Onlara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

Qeyd edək ki, İran - ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı